<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>268</hymn_number>
<title>Baxıram səmaya - aylı, ulduzlu İL268</title>
<lyrics>[V1]
 Baxıram səmaya - aylı, ulduzlu,
 Bilin ki , ordadır Şəhərim nurlu.
 Bilin ki , Padşahlıq gözləyir bizi,
 Bununçün biz sevək bir-birimizi.

[V2]
 Rəbb deyib bu sözü həvarilərə,
 Sevgisin bəxş edib ürəklərinə.
 Dirildi məzardan İsa üç günə,
 Müqəddəs Ruh verdi əllinci gündə.

[V3]
 Bizə yol göstərən Müqəddəs Ruhdur,
 Qaranlıq dünyaya çıraq olubdur.
 Padşahlığın çırağı Sənsən, ey İsam ,
 Göylərə aparan yolumsan, İsam!

[V4]
 Ulduzlardan uca, Əbədi Şəhər,
 Göylərə baxaram hər axşam-səhər.
 O gözəl məkançün çalış, ey insan,
 Göylərçün xəzinə topla hər zaman.

[V5]
 Baxıram səmaya - aylı,ulduzlu,
 Bilin ki, ordadır Şəhərim nurlu.
 Əbədi bir həyat gözləyir bizi,
 Bununçün biz sevək bir-birimizi.</lyrics>
</song>